83 yaşlı nənə nəvəsini öldürdü
Bizi izləyin

Dünya

83 yaşlı nənə nəvəsini öldürdü

İstanbulda tükürpədici cinayət hadisəi baş verib. ANS PRESS-in məlumatına görə, 83 yaşlı nənə azyaşlı nəvəsini boğaraq qətlə yetirib. Polisə ifadə verən 83 yaşlı Nazmiye.Y nəvəsi Dilək Anbarın ona bıçaqla hücum etdiyini iddia edib.


“Özümü qorumaq məqsədilə qızı itələdim. Yerə yıxıldı. Yaylığımı onun boğazına dolayaraq boğmağa başladım. Bir də gördüm ki, o, nəfəs almır. Artıq ölmüşdü. Evdə tək idim. Ona görə də qızım Fatma Anbarı çağırdım. O, evə gələndə şoka düşdü. Hadisə yerinə gələn qızımın həyat yoldaşı Hidayət Anbar isə polisə xəbər verdi”, deyə Nazmiye.Y ifadə verib.


İstanbul polisi faktla bağlı araşdırmaları davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm