• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiya Ukrayna sərhədinə hərbi texnika cəmləyir – SOS

  • Dünya
  • 16 İyul 2014 15:41
  • 425 Baxış
Rusiya Ukrayna sərhədinə hərbi texnika cəmləyir – SOS

Rusiya Ukrayna ilə sərhədə hərbi texnikanı cəmləməkdə davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko bildirib.

“Rusiya Federasiyası Ukraynanın dövlət sərhədinə qoşunlarını cəmləməkdə davam edir. Ukraynanın sərhədi yaxınlıqdakı Rostov-Taqanroq yolunda “Qrad” yaylım atəş sistemlərinin olduğu iki artilleriya bölməsi yerləşdirilib. Ukrayna sərhədindən 1,5 kilometrdə - Bryansk yaşayış məntəqəsi yaxınlığında Rusiya hərbçiləri üçün döyüş düşərgəsi qurulub. Ukraynadakı qaynar nöqtələr buradan hərbi texnika ilə təchiz edilir. Hərbi düşərgə istiqamətində özüyeriyən artilleriya sistemləri və tankların hərəkəti qeydə alınıb”, - A.Lısenko əlavə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR