Ukraynalılar ruslara: “Gəlin, övladlarınızın meyitinə sahib çıxın”
Bizi izləyin

Dünya

Ukraynalılar ruslara: “Gəlin, övladlarınızın meyitinə sahib çıxın”

Separatçılardan təmizlənmiş Slavyansk, Kramatorsk, Donetsk vilayəti ərazilərində minlərlə muzdlunun meyiti səpələnib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər sosial şəbəkələr vasitəsilə müraciət yayıblar. Müraciətdə deyilir: “Rus terrorçularının valideynləri, qohumları, öz uşaqlarınıza, yaxınlarınıza zəng edin, görün haradadırlar. Maraqlanın, bəlkə, onlar həlak olublar. Kramatorsk və Slavyansk ətrafında minlərlə muzdlunun meyiti var.

Yerli əhali onlara yaxınlaşmağa qorxur. Çöldə havanın temperaturu müsbət 30 dərəcədi. Meyitlər iylənir. Bizim əhali varlı deyil, gəlmələrin meyitini basdırmağa vəsaitimiz yoxdur. Gəlin öz övladlarınızın meyitinə yiyə durun.”

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm