• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bethovenə görə qan düşdü: musiqiçi öz həmkarını bıçaqladı

  • Dünya
  • 16 İyul 2014 15:56
  • 302 Baxış
Bethovenə görə qan düşdü: musiqiçi öz həmkarını bıçaqladı

Yaltada ictimai nəqliyyatda öldürülən musiqiçinin qatili tapılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 1-də Yaltada avtobusların birində naməlum kişi meyiti tapılıb. Meyit üzərində zorakılığın bariz əlamətləri olub. Faktla bağlı cinayət işi açılıb.

İstintaq aşkar edib ki, öldürülən cavan kişi küçə musiqiçisi imiş. Elə milis də qətllə bağlı araşdırmanı bu istiqamətdə aparmağa başlayıb. Qatilin mərhumun 33 yaşlı dostu olduğu məlum olub. Onların hər ikisi küçədə musiqi ifa etməklə çörəkpulu qazanırmışlar.

Həmin gün dostlar səhər tezdən spirtli içki qəbul ediblər. Avtobusa minəndə aralarında Bethovenin hansısa bəstəsi üstündə mübahisə düşüb və mərhum musiqiçi dahi bəstəkarın badına gedərək bıçaqlanıb.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR