• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya “şərab və ət müharibəsi”nə başlayır

  • Dünya
  • 16 İyul 2014 18:05
  • 381 Baxış
Rusiya “şərab və ət müharibəsi”nə başlayır

Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi Moldovadan idxal olunan bir sıra mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu addım Moldovanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya haqqında razılaşmaya cavab olaraq atılır.

Gömrük rüsumları əsasən şərab, ət, eləcə də tərəvəz və meyvələrə tətbiq ediləcək. Moldova ilə Rusiya arasında ticarət hazırda MDB-nin azad ticarət zonası haqqında müqaviləsi çərçivəsində tənzim edilir.

Ötən həftə isə Rusiya baş naziri Dmitri Medvedev razılaşmanı ratifikasiya edən Moldovaya “Qərblə razılığa gələnlərə münasibət dəyişəcək” deyərək xəbərdarlıq etmişdi:

“Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya etməklə Moldova özünün Rusiya və Avrasiya Gömrük İttifaqı ilə münasibətləri üçün yeni hüquqi baza yaratmış oldu”.

Dmitri Medvedev istər Moldovanın, istərsə də assosiativ sazişə qoşulan digər ölkələrin bu addımını münasibətlərin dəyişməsinə əsas səbəb kimi qiymətləndirib: “Onlar başa düşməlidir ki, Rusiya və Avrasiya Gömrük İttifaqı ilə münasibətləri yeni məcraya yönəltmiş oldular”.

Qeyd edək ki, Ukrayna, Moldova və Gürcüstan eyni gündə - iyunun 27-də assosiativ sazişə qoşulub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR