Əsəd Rusiyaya "sağ ol" dedi
Bizi izləyin

Dünya

Əsəd Rusiyaya "sağ ol" dedi

Bu gün III müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlayan Suriya prezidenti Bəşər Əsəd inaqurasiya mərasimində önəmli açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Rusiya, İran və Çin, həmçinin Livan "Hizbullah"ına təşəkkür edən Bəşər Əsəd İraq və Şam İslam Dövləti (IŞİD) qruplaşmasının əlində olan Suriya torpaqlarının geri alınacağına söz verib.

Terroru dəstəkləyən ərəb və Qərb ölkələrinin bunun əvəzini ağır ödəyəcəklərini söyləyən Əsəd Suriyanın hər bölgəsində təhlükəsizliyi təmin edilənəcən yaraqlılarla mübarizənin davam edəcəyini bildirib.

İsrailin Qəzzaya etdiyi hücumlara toxunan Bəşər Əsəd ərəb ölkələrinin Fələstinə yardım etmədiyinə görə tənqid edib: "Fələstin mövzusu Suriya üçün "əsas məsələ" olaraq qalacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm