İsraili "Həmas"ın raketlərindən 6 nəfər qoruyur (FOTO)
Bizi izləyin

Dünya

İsraili "Həmas"ın raketlərindən 6 nəfər qoruyur (FOTO)

İsrail - Fələstin münaqişəsinin yenidən alovlanması fonunda "Həmas"ın yəhudi yaşayış məntəqələrinə atdığı raketlərin heç birinin hədəfə çatmadan məhv edilməsi hamının maraq dairəsinə düşüb.

ANS PRESS-in məlumatına görə, İsrail "Həmas"ın atdığı raketlərdən 6 əsgər vasitəsi ilə müdafiə olunur. Belə ki, İsrail ordusunun göz bəbəyi sayılan "Dəmir Qübbə" müdafiə sistemi 6 nəfərlik heyət tərəfindən idarə olunur. 20 raket batareyasına sahib sistem mobil olaraq istənilən yerə daşınaraq qurulur.

Qəzzadan İsrailə atılan raketlər səbəbi ilə tez-tez xatırlanan "Dəmir Qübbə" Amerika Birləşmiş Ştatlarının (ABŞ) ayırdığı qrantlarla İsraildə hazırlanıb. ABŞ texnologiyası əsasında hazırlanan "Dəmir Qübbə" qısa mənzilli raketlərə qarşı effektli vasitə sayılır.

Qüds yaxınlığında bir təpədə quraşdırılan "Dəmir Qübbə" "Həmas"ın bütün hücumlarının qarşısını alır.

İsrail ordusunun arsenalında 9 belə müdafiə sistemi var. İlin sonuna qədər İsrail bu rəqəmi 10-a çatdırmaq istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm