Donetskdə gərgin döyüşlər
Bizi izləyin

Dünya

Donetskdə gərgin döyüşlər

Hazırda Ukraynanın şərqində Donetsk vilayətinin Amvrosiyevka, Marinovka, həmçinin İzvarino yaşayış məskənlərində gərgin döyüşlər davam edir.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hələlik tərəflərin itkiləri haqqında məlumat yoxdur. "Biz anlayırıq ki, itkilər var. Döyüş davam edir, bizim uşaqlarımız dayanırlar, amma hələ ki orada çox ağırdır", - Lısenko bildirib.

"Ukrayna hərbçiləri tərəfindən azad edilən heç bir şəhər bir metr də olsun tərk edilməyib. Döyüşlər gedir, qarşıdurma davam edir", - Lısenko qeyd edib.

Bu gün “Donetsk xalq respublikası”nın yığma qoşun döyüşçüləri Marinovka kəndi üzərində nəzarəti ələ keçirib. Bu haqda "Novorossiya" agentliyi xəbər verib.

"Marinovka yığma qoşun döyüşçüləri tərəfindən götürülüb. Ukrayna hərbçilərinin isə yalnız bir şansı qalır. Qoşuna təslim olmaq və ya Rusiyanın ərazisinə daxil olmaq", - “Donetsk xalq respublikası”nın könüllüləri bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm