Dünya
Rus imperiyası geri qayıdır?
Rusiya Federasiyasının Dövlət Dumasında
Rusiya milli bayrağını dəyişdirmək barədə qanun
hazırlanıb.
ANS PRESS-in məlumatına görə, ağ-göy-qırmızı
üçrəngi qara-sarı-ağ imperiya bayrağı ilə dəyişdirmək təklif
olunub. Parlament üzvlərinin fikrincə, Rusiyanın indiki xarici
siyasətində bütün müvəffəqiyyətləri məhz Rusiya imperiyasına məxsus
bayrağın altında keçməlidir.
Rusiyanın Liberal-Demokratik Partiyası
fraksiyasının üzvü Mixail Deqtyarev "Rusiya Federasiyasının dövlət
bayrağı haqqında" federasiya qanununa dəyişikliklərin daxil
edilməsi haqqında uyğun olan layihəni hazırlayıb.
Parlament üzvü əmindir ki, belə əhəmiyyətli siyasi
proseslər - Krımla yenidən birləşmə, Gömrük İttifaqının yaradılması
və ölkədə vətənpərvərlik əhval-ruhiyyələrinin artması Rusiya
tarixində qalib dövrü simvollaşdıran bayraqların altında
keçməlidir.
Qanun layihəsinə edilən qeyddə deyilir ki,
imperiya bayrağından istifadələr dövründə Rusiyanın ərazisi
əhəmiyyətli dərəcədə artıb. Məhz o illərdə Krım və Şərqi Prussiya
ərazisi, Alyaska, Qafqaz, Polşa, Baltikyanı, Orta Asiya və
Finlandiya imperiya tərkibinə daxil olub.
"İmperiya bayrağı altında biz parlaq qələbələr
qazanırdıq. Bayraq bu gün Rusiyanın bütün vətəndaşlarını
birləşdirməyə qadirdir", - Deqtyarev bildirir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı