İsrail bir ailənin 4 uşağını öldürdü
Bizi izləyin

Dünya

İsrail bir ailənin 4 uşağını öldürdü

9 gündür, Qəzzaya hücum edən İsrail Fələstin uşaqlarını hədəf almaqda davam edir.


ANS PRESS-in məlumatına görə, Qəzza zolağına atəş açan İsrail donanması qumsallıqda oynayan 4 uşağı öldürüb. 9, 10 (2 uşaq) və 11 yaşlarında olan uşaqların hamısı eyni ailədən olublar.

Fələstin Səhiyyə Nazirliyinin ölən uşaqların adlarını açıqlayıb: Ahid Atıf Bekir, Zekeriya Bekir, Muhammed Bekir və İsmail Bekir.

Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlarda 213 nəfər öldürülüb. Ölənlərin 43-ü uşaqlardır.

Yeri gəlmişkən, İsrail hər 4 dəqiqədən bir fələstinlilərin yaşayış məntəqələrinə 1 mərmi atır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm