Rusiya sərhədə qoşun yığır
Bizi izləyin

Dünya

Rusiya sərhədə qoşun yığır

Rusiya Ukrayna sərhədinə qoşun yığır.

ANS PRESS-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Stiv Varren jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində təxminən 12 min nəfərlik hərbi heyəti var.

O, son günlər Rusiyanın Ukrayna sərhədinə qoşun yığdığını deyib. Aralarında hücuma hazır olan qoşun birləşmələrinin olduğunu deyən Pentaqon təmsilçisi rəsmi Mokvanın hər an Ukraynaya hərbi müdaxilə edə biləcəyini istisna etməyib.

ABŞ rəsmiləri bu ilin may ayında Rusiyanın Ukrayna sərhədində 40 min hərbi personalı olduğunu, ancaq Qərbdən gələn təzyiqlərlə bu ədədin minə qədər aşağı salındığıını təxmin edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm