İsraildən 5 saatlıq atəşkəs
Bizi izləyin

Dünya

İsraildən 5 saatlıq atəşkəs

İsrail ordusu sözcüsü Aviçay Adrae verdiyi açıqlamada BMT-nin tələbləri istiqamətində bu gün Qəzzaya 10.00-15.00 radələrində hücumların təxirə salma qərarı alındığını bildirib.

ANS PRSS-in məlumatına görə, İsrail radiosu da BMT-nin Qəzzaya humanitar yardımların çatmasına icazə verilməsi üçün sabah gün içində "5 saat atəşkəs" tələbinə İsrailin müsbət cavab verdiyini bildirmişdi.

Qeyd edək ki, Həmas hərəkatından mövzuya bağlı hələ bir şərh verilməyib. İsrailin Qəzzaya istiqamətli hücumlarında bu günə qədər 213 adam həyatını itirib, minlərlə yaralı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm