Çində saqqal qorxusu (FOTO)
Bizi izləyin

Dünya

Çində saqqal qorxusu (FOTO)

Çinin dövlət idarələri Şərqi Türkistandakı uyğurlarla mübarizə üçün yeni bir üsula əl atıblar.

ANS PRESS-in məlumatına görə, Çində bölgə sakinlərinə xəbərdarlıq olaraq hazırlanan plakatlar mübahisələrə səbəb olub. "Terrorçular"a kömək etməkdən çəkindirmək üçün hazırlanan plakatlarda Şərqi Türkistanlı uyğur türklərinin saqqallı karikaturaları ölkədə sürətlə yayılır.

"Saqqallı terrorçulardan çəkinin" yazılan plakatlarda vəhşi obrazında saqqallı müsəlmanlar və ədalət tərəfdarı kimi təmiz insan obrazında çinlilərin təsviri yer alıb.

Bir çox versiyası ilə əhaliyə müxtəlif mesajlar çatdıran plakatda "terrorizm insanlığın düşmənidir" və "terrorçuların ölkədən qaçmasına kömək etmək günahdır" kimi nəsihətlər yazılıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm