Rusiyaya qarşı yeni sanksiyalar
Bizi izləyin

Dünya

Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi (AB) ölkələrinin dövlət və hökumət başçılarını bir araya gətirən sammitinin Ukrayna ilə əlaqədar qərarında iyul ayının sonuna qədər artıq genişləndirilmiş sanksiyaların tətbiqi üçün təşkilat və fərdlərlə bağlı siyahının hazırlanmasında lazımi işlərin tamamlanması tələb edilib.

AB liderləri Krımın Rusiya torpaqlarına qatılmasından və Şərqi Ukraynada separatçılığın baş qaldırmasında sonra Rusiyaya maddi və maliyyə dəstəyi göstərən fərd və ya təşkilatların hədəfə alınaraq, qara siyahıya salınmasını vacib sayıblar.


Sammitdə "Rusiyanın qeyri-qanuni silahlı qruplara təsir etməsi və sərhəddən silah yardımının qarşısının alınması" tələbi bir daha səslənib.

Bu arada sammitin qərarı Ukrayna prezidenti Petro Poroşenko tərəfindən alqışlanıb. O, bildirib ki, bu qərar AB-nin Ukrayna müstəqilliyinə töhfəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm