Dünya
"Google" ABŞ-ın hərbi sirrini faş etdi
Müharibə olduğu təqdirdə ABŞ və Cənubi
Koreya birgə qüvvələrini yerləşdirmək üçün nəzərdə tutulan məxfi
“Tanqo” bunkeri yer səthinin yüksək keyfiyyətli peyk şəkillərini
yerləşdirən "Google Earth" xidməti tərəfindən təsadüfən aşkara
çıxarılıb. Artıq Cənubi Koreya hərbiçiləri gizli obyektin
internetdə açığa çıxarılmasına öz etirazlarını
bildiriblər.
Bu günlərdə Google Earth Seulun şərqi, Sonnamedə
yerləşən “Tanqo” gizli bunkerinin hətta adını belə qeyd edərək
dəqiq yerləşdiyi nöqtəsini göstərib. Yerli proqram fəallarının
yerləşdirdikləri şəkillərdə kompleksin bütün quruluşu, postlar və 2
eniş zolağı da olmaqla açıq-aydln görünür.
Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri
baş verən qalmaqalla əlaqədar öz narazılıqlarını bildiriblər. Onlar
“baş verən problemin həllində bütün qüvvələrindən” istifadə
edəcəklərini və şəkillərə ictimai çıxışı bağlayacaqlarını vəd
ediblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!