Minskdə Ukrayna deputatı saxlanılıb
Bizi izləyin

Dünya

Minskdə Ukrayna deputatı saxlanılıb

Belarusda Ukrayna Radasının “Batkivşina” partiyasından olan deputatı Aleksandr Briqines saxlanılıb.

ANS PRSS-in məlumatına görə, saxlanılmağına baxmayaraq, Briqines feysbuk səhifəsində status yazmağa da macal tapıb.

“2 Gürcüstan vətəndaşı ilə həbsdə oturmuşam. <…> Məni Belarus ərazisinə buraxmadılar. Səbəb bəlli deyil. Belarusa qarşı nə bir pis hərəkət etmişəm nə də nəsə demişəm, ona görə də Lukaşenkonun bu hərəkəti mənə müəmmalı gəlir”- deyə Briqines feysbuk səhifəsində məlumat verir.

Qeyd edək ki, "Ukrayna Həqiqəti" qəzetinin məlumatına görə, Briqnes parlamentarilərin rəsmi heyəti tərkibində Kiyevdən Moskvaya gedirmiş.

"Mənə dedilər ki, Belarusda persona non-qrata elan edilmişəm" – deyə nəşrdə millət vəkilinin sitatı verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm