“Müharibəni bitirmək maraqlarımıza ziddir” – Vaşinqtonla bağlı şok iddia
Bizi izləyin

Dünya

“Müharibəni bitirmək maraqlarımıza ziddir” – Vaşinqtonla bağlı şok iddia

Tarix 6 Avqust 2013-cü il. Məkan isə Parisin tarixi qatar stansiyalarından olan Seynt-Lazare yaxınlığında bir bar. Saat 17:00.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyənin “Hürriyət” qəzeti Suriyadakı vətəndaş müharibəsi ilə bağlı şok bir iddia irəli sürüb.

Qəzetin yazdığına görə, Suriya müxalifətinin təşkilatlanması və silahlandırılmasının memarlarından olan ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford iki köməkçisi ilə birlikdə Heysem Menna ilə görüşür.

Menna Suriya Demokratik Dəyişiklik üçün Koordinasiya Təşkilatının liderlərindən biridir. 2011-ci ildə Dəməşqdə qurulan Koordinasiya Təşkilatı Suriyada silahlı üsyana və xarici müdaxiləyə qarşı çıxan 13 təşkilatı birləşdirir. Təşkilat “Suriyanın dostları” qrupu ilə şəkil çəkdirməyi rədd etdiyi üçün proseslərdən kənarlaşdırıb.

Parisdəki həmin barda Menna ilə Ford arasında aşağıdakı şəkildə dialoq olur:

- Menna: Silahlı qruplara dəstəyi niyə kəsmirsiniz?

- Ford: Hazırda Suriyadakı döyüşü dayandırmaq ABŞ-ın mənfəətlərinə uyğun gəlmir.

- Menna: O halda mən sizinlə düşmənəm, məndən dostluq gözləməyin.

Koordinasiya Təşkilatının Cenevre Konfransından niyə kənarlaşdırılmasının cavabı da bu dialoqdadır.

Bundan başqa, bir Səudiyyə Ərəbistanı ilə bağlı da versiya var. Səudiyyənin keçmiş kəşfiyyat şefi Bender ibn Sultan Mennaya bir nümayəndəsini göndərərək onunla görüşmək istədiyini bildirir. Menna isə “Bender ilə işim yoxdur” deyərək rədd cavabı verir. Benderin nümayəndəsinin cavabı isə bu olur: “İnqilabdan sonra Suriya baş naziri olmaq şansını itirdiniz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm