Ukrayna ordusu terrorçulara ağır zərbə vurub
Bizi izləyin

Dünya

Ukrayna ordusu terrorçulara ağır zərbə vurub

Ukrayna antiterror gücləri Donetsk vilayətinin Marinovka rayonu yaxınlığında terrorçuların 3 tank və 2 BTR-i (zirehli transportyor) məhv edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“Dünən Marinovka yaxınlığında döyüşlər, demək olar, səngiməyib. Ukrayna hərbçiləri terrorçuların 4 hücumunu dəf edib. Onlar sonuncu dəfə 5 tank və bir neçə BTR-lə hücum edib. Antiterror güclərinin cavab atəşi nəticəsində 3 tank və 2 BTR məhv edilib. Terrorçuların həmçinin 3 avtomobili məhv edilib”, - Tımçuk bildirib.

Hərbi ekspert Luqansk vilayətinin Metallist qəsəbəsi yaxınlığında yerləşən antiterror güclərinə minaatanlardan atəş açıldığını qeyd edib. Hərbçilər arasında itkilərin olmadığı bildirilir.

D.Tımçuk antiterror güclərinin Luqansk aeroportundakı mövqelərin tanklardan atəşə tutulduğunu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm