Terrorçular Kabil aeroportuna hücum edib
Bizi izləyin

Dünya

Terrorçular Kabil aeroportuna hücum edib

Bu gün səhər tezdən terrorçular Kabil aeroportuna hücum ediblər.

Publika.az “Khama Press” agentliyinə istinadən xəbər verir ki, avtomat və minaatanlarla silahlanmış onlarla terrorçu əvvəlcə bir neçə partlayış törədib, sonra aeroport ərazisinə daxil olaraq yarımçıq tikililərin birində mövqe tutublar.

Xəbər verilir ki, ərazidə hələ də partlayış və güllə səsləri eşidilir. Əfqanıstanın Daxili İşlər Nazirliyindən isə terrorçuların mühasirəyə alındığı barədə məlumat verilib və bildirilib ki, yaxın saatlarda onlar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriləcəklər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm