• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Olland: Fransa Türkiyə ilə münasibətlərində yeni səhifə açmağa hazırdır

  • Dünya
  • 28 Yanvar 2014 21:08
  • 502 Baxış
Olland: Fransa Türkiyə ilə münasibətlərində yeni səhifə açmağa hazırdır

Fransa Türkiyə ilə münasibətlərində yeni səhifə açmağa, eləcə də fundamental hüquq və təminat hüquqları kimi məsələlərdə yardım etməyə hazırdır.

Bunu Fransa Prezidenti Fransua Olland Ankarada Türkiyə-Fransa iş adlamlarının forumunda deyib.

O, qeyd edib ki, bu, Avropa və Türkiyə üçün yaxşı olacaq: "Bu məsələlərdə Fransanın tam dəstəyini gözləyə bilərsiniz".

Viza məsələlərinə toxunan F.Olland bildirib ki, xarici işlər nazirinə müvafiq tapşırıq verib: "Biz sahibkarların sərbəst şəkildə Fransaya gələrək işləməsinə can atmalıyıq. Yaxın vaxtlarda Yelisey sarayında Fransa iqtisadiyyatına investisiya yatırmaq fikrində olan xarici şirkətlərin nümayəndələri ilə görüşüm olacaq. Mən görüşdə Türkiyə şirkətlərini görməyə şad olardım". /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR