Tez evlənmək üçün qardaşını öldürdü
Bizi izləyin

Dünya

Tez evlənmək üçün qardaşını öldürdü

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.


ANS PRESS-in məlumatına görə, Bartında baş verən hadisə zamanı 19 yaşlı Ramazan adlı şəxs 28 yaşındakı qardaşı Aydını öldürüb. Qətlin törədilməsinə səbəb Ramazanın qardaşından tez evlənmək istəyi olub. Böyük qardaşın kəskin etirazı sonda onun ölümü ilə nəticələnib. Cinayətkar ov tüfəngi ilə vurduğu qardaşını izi itirmək üçün meşədə basdırıb.


Bundan sonra qaçırdığı sevgilisi ilə nikaha girib. Böyük qardaşının harada olduğunu soruşan ailəsi və dostlarının təzyiqlərinə dözə bilməyən Ramazan hadisədən 4 gün sonra cinayəti etiraf etməli olub.


Cinayətkar polislər tərəfindən saxlanılıb və qardaşının cəsədi isə basdırıldığı yerdən çıxarılaraq morqa aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm