Dünya
Duqinin Ukrayna planı: “Böyük Novorossiya və Böyük Hücum”
Dünən Kiyevdə keçirdiyi brifinqdə Ukrayna prezident administrasiyası başçısının müavini Valeriy Çalıy hərbi münaqişənin Luqansk və Donetsk sərhədlərini keçə biləcəyi barədə xəbərdarlıq etdi.
Publika.az-ın verdiyi xəbərə görə, Rusiyada imperiya ideologiyasının qızğın tərəfdarlarından olan Aleksandr Duqin vk.com saytında dərc etdirdiyi “Böyük Novorossiya və Böyük Hücum” yazısında Kiyevin xəbərdarlığını şərh edib və Ukraynanın ərazi bütövlüyünə təhdid xarakterli fikirlərini yenidən səsləndirib.
Kremlin ideoloqu hesab edir ki, V.Çalıyın bəyanatı “DXR” və “LXR” haqqında yalanların sona çatdığının Kiyev tərəfindən dərk edildiyini göstərir.
“Döyüş hələ ki Novorossiyanın azad edilməsi üçün aparılır.
Amma Donbas bütün Novorossiya deyil, onun yalnız üçdə biridir. Onun arxasınca isə son mərhələ - Kiyevə yürüş başlayacaq. Burada isə yenidən ciddi seçim qarşısındayıq. Bu, Hücumun miqyası ilə bağlıdır. Donbasın azad olunması ilə Böyük Hücum başlanmalıdır. Və məntiqli budur ki, bu, birinci mərhələ olacaq”.
Duqin hesab edir ki, döyüşlərin Donetsk və Luqansk sərhədləri ilə məhdudlaşdırılması kiçik Hücumdur. O, Amerika agentura şəbəkəsinin Novorossiya layihəsinə maneə olmayacağını Kiyevdə başa düşüldüyünü qeyd edib: “Kiyev də DXR və LXR-i tanımağa hazırdır. Təki Hücum bu ərazilərin sərhədlərini keçməsin. Kiçik Hücumu artıq dayandırmamaq lazımdır. Əgər Böyük Novorossiya keçmiş Ukraynanın cənub-şərqini əhatə edirsə, Böyük Hücum final hədəfinə - Kiyevin nasist xuntasından azad olunmasına yönələcək”.
Duqin Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən İqor Strelkovun hədəfinin də bu olduğunu xatırladır.
Ömər Dağlı
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...