Kremldən xəbərdarlıq: “Bu, Rusiya cəmiyyətini birləşdirəcək”
Bizi izləyin

Dünya

Kremldən xəbərdarlıq: “Bu, Rusiya cəmiyyətini birləşdirəcək”

“ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar antiamerika əhval-ruhiyyəsinin artmasına gətirib çıxaracaq”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya baş naziri Dmitri Medvedev deyib.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiyalar ünvanlı şirkətlərin Amerikanın borc bazarlarına girişini ciddi şəkildə məhdudlaşdırır. Xəbərə görə, yeni sanksiyalar Ukraynadakı situasiyadan dolayı qəbul edilib və bir sıra bankları, energetika və müdafiə sahələrinə aid kompaniyaları əhatə edir.

ABŞ-ın Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş siyahıdan bəlli olur ki, söhbət Rusiyanın “Vneşekenombank”ından, “Qazprombank”ından, “Novateka”dan, “Rosneft” və Fedosiyadakı neft terminalından gedir. Sanksiyalar siyahısına habelə qondarma Donetsk və Luqansk respublikalarının “hökumətləri” daxil edilib.

D.Medvedev hesab edir ki, ABŞ-ın sanksiyaları antiamerika əhval-ruhiyyəsinin artmasına gətirib çıxaracaq və Rusiya cəmiyyətinin birləşməsinə imkan yaradacaq.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Rusiya mütləq adekvat addımlar atacaq. “Bu, Vaşinqtonun addımlarının təkrarı olmayacaq, ancaq ABŞ-a ağır təsir edəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm