• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rəcəb Tayyib Ərdoğan vəsiyyətində nə istəyib? – İddia

  • Dünya
  • 17 İyul 2014 14:25
  • 450 Baxış
Rəcəb Tayyib Ərdoğan vəsiyyətində nə istəyib? – İddia

Cümhuriyyət Xalq Partiyasından (CXP) olan millət vəkili İhsan Özkes baş nazir Rəcəb Tayyib Ərdoğanın vəsiyyəti ilə bağlı iddialara aydınlıq gətirmək istəyib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, millət vəkili suallarını baş nazirin köməkçisi Bülənt Arınca ünvanlayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın onun İstanbulun Çamlıca Təpəsində inşa olunan məscidin həyətində dəfn edilməsi barədə vəsiyyət etdiyi iddia edilir.

Millər vəkili İhsan Özkes Bülent Arınça aşağıdakı sualları ünvanlayıb:

1.Rəcəb Tayyip Ərdoğanın Çamlıca Təpəsindəki məscidin həyətində dəfni ilə bağlı vəsiyyət etdiyi doğrudurmu?

2.İddialar doğrudursa, 57 min 511 kvadrat metrlik sahədə yerləşən və xərci 100 milyon lirəni keçəcəyi bildirilən məscid Ərdoğanın türbəsi üçünmü inşa olunur?

3.Bu günə qədər həyatını itirmiş keçmiş baş nazirlərdən neçəsinin türbə şəklindəki məzarı məscidin həyətindədir?

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR