Rusiya Ukraynanın “Su-25” qırıcısını vurub
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın “Su-25” qırıcısını vurub

Rusiya təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcısını Ukrayna hava məkanında raketlə vurub.

Publika.az-ın bu barədə Ukrayna Milli Təhlükəsizlik və Mudafiə Şurası informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

O, pilot tullanmağa vaxt tapdığını və zərər çəkmədiyini deyib. Ukrayna Milli Təhlükəsizlik və Mudafiə Şurası bundan əvvəl “An-26” təyyarəsinin Rusiya tərəfindən vurulduğuna dair sübutlarının olduğunu bildirmişdi

Xatırladaq, “An-26” hərbi təyyarəsi 13 iyulda Luqansk vilayətində vurulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm