Ermənipərəst hüquq müdafiəçisi çürüyə-çürüyə ölüb
Bizi izləyin

Dünya

Ermənipərəst hüquq müdafiəçisi çürüyə-çürüyə ölüb

Daim Azərbaycanın əleyhinə danışan, ermənipərəst mövqeyi ilə fərqlənən, hazırkı Rusiya hakimiyyətinə müxalif mövqedə olan Valeriya Navadvorskayanın ölüm səbəbləri bəlli olub.

Altmış dörd yaşlı hüquq müdafiəçisi dünən Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Navadvorskaya xəstəxanaya yüksək temperatur və ayaqlarındakı dəhşətli ağrılarla çatdırılıb.

Həkimlər onun sol ayağında irinləmiş zədə aşkarlayıblar. Yaxınları deyib ki, bu zədə Valeriyada çoxdan varmış, amma o, həkimə getmək istəməyərək özünü müalicəyə başlayıb.

Həkimlər mərhumun yarasına baxarkən ona sol ayaq dabanının fleqmonası diaqnozunu qoyublar. Bu xəstəlik zamanı insan sağ ola-ola çürüməyə, irinləməyə başlayır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm