Fermadan qaçıb heyvanxanaya girdi, pələnglərə yem oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Fermadan qaçıb heyvanxanaya girdi, pələnglərə yem oldu - FOTOLAR

Çin Xalq Respublikasının Şandjou şəhər heyvanxanasında insident baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaxınlıqda yerləşən fermer təsərrüfatından qaçan iri bir kəl heyvanxananın ərazisinə daxil olub. Bir qədər vurnuxandan sonra bəxtsiz heyvan sürüşərək pələnglərin saxlandığı mağaraya düşüb.

Heyvanxananın mühafizə xidməti kəli xilas etməyə çalışsa da, buna müvəffəq olmayıb. Pələnglər kələ hücum edərək onu parçalayıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm