• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

NATO: “Kreml buna heç bir şübhə etməsin”

  • Dünya
  • 17 İyul 2014 17:44
  • 446 Baxış
NATO: “Kreml buna heç bir şübhə etməsin”

“Şimali Atlantika İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzünü mədəni cəmiyyətə düşmən münasibət kimi qiymətləndirir”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri NATO quru qoşunlarının komandanı, general-leytenant Frederik Xodyes Vaşinqtonda jurnalistlərlə görüşündə deyib.

NATO-nun yüksək rütbəli rəsmisi Rusiyanın özünü mədəni dünyanın düşməni kimi apardığını bildirib. “Krımın zəbt edilməsi və Ukraynanın şərqində Rusiyanın hərəkətləri bizim hamımızın müdafiə etdiyi hədəflərə tamamilə ziddir”, - general qeyd edib.

O, Şərqi Ukraynada separatçıların arxasında Rusiyanın dayanmasını göstərən təkzibedilməz sübutları NATO-nun baş katibi Anders Foq Rasmussen və alyansın Avropadakı birləşmiş güclərinin baş komandanı Filipp Bridlava təqdim etdiyini bildirib. F.Xodyes Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstan kimi üzv ölkələrin təhlükəsizliyinin qorunması üçün NATO nizamnaməsinin 5-ci maddəsinin yerinə yetiriləcəyinə dair heç bir şübhənin olmadığını vurğuladı. “Kreml də buna şübhə etməsin”, - NATO generalı əlavə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR