İsraildən rəsmi açıqlama
Bizi izləyin

Dünya

İsraildən rəsmi açıqlama

İsrailin xarici işlər naziri Aviqdor Liberman HƏMAS silahlı qruplaşmasıyla barışığın nəticəsi haqqında xəbərləri təkzib edib.

ANS PRESS-in məlumatına görə, Liberman deyib ki, bu informasiya hal-hazırda doğru deyil, amma HƏMAS nümayəndələri bildiriblər ki, Misirdə danışıqlar hələ də davam edir.

Daha əvvəl İsrail hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi bildirmişdi ki, barışığa görə Qəzza zolağında səhər saat 6 radələrində atəşkəs başlayacaq.

9 günlük münaqişənin gedişatında təxminən 227 fələstinli və bir israilli həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm