Prezident bəyanat verdi
Bizi izləyin

Dünya

Prezident bəyanat verdi

Malayziya təyyarəsini Ukrayna ordusu vurmayıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, silahlı qüvvələr hava hədəflərini məhv etmək üçün heç bir addım atmayıb:

"Son günlər bu üçüncü faciəli hadisədir. Malayziya təyyarəsinin vurulması da istisna deyil".

Petro Poroşenko faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı da verib:

"Biz bu faciəni törədənlərin məsuliyyətə cəlb olunacağına əminik".

Ukrayna Daxili İşlər Nazirliyinin səlahiyyətlisi Anton Qeraşenko sərnişin təyyarəsinin anti-raket sistemi ilə vurulduğunu bildirib.

Bu arada "Donetsk Xalq Respublikası"nın baş nazir köməkçisi Andrey Purgin açıqlama yayaraq bildirib ki, 10 min metr yüksəklikdəki təyyarəni vurmaq imkanları yoxdur. Separatçı rejimin başqa bir təmsilçisi Sergey Kavtaradze isə təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edib.

Qeyd edək ki, Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi Rusiya-Ukrayna sərhədində qəzaya uğrayıb. Təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. Boing 777 təyyarəsi Amsterdamdan Kuala- Lumpura uçurmuş.

Son məlumatlara görə, təyyarə sərnişinlərinin heç biri sağ qalmayıb. Havada partlayan təyyarənin sərnişinlərin cəsədləri 1 kilometr radiusda olan əraziyə səpələnib.

Təyyarənin qanadlarından biri tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm