Ərdoğan müsəlman dünyasına səsləndi
Bizi izləyin

Dünya

Ərdoğan müsəlman dünyasına səsləndi

"Günahlandırmaqdan asan heç nə yoxdur. Qərbi günahlandıranlar ayılın, İslam dünyası özü Qəzzada olanlara göz yumur".

ANS TV-nin məlumatına görə, İslam dünyasına bu sərt mesajı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göndərib. O, 1948-ci ildən bəri İsrailin, xüsusən də müqəddəs Ramazan ayında Fələstində sistemli bir soyqrım apardığını söyləyib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ana qədər 220-dən artıq Qəzzalı günahsız insanlar həyatını itirib: “Hardasınız, ey İslam dünyası, sizin canınız, ürəyiniz parçalanmırmı? Bundan sonra deyirik ki, Qərb niyə susur. Sizlər Qərbi bir tərəfə qoyun. Əgər sən evin içindəkilərə sahib çıxmırsansa, Qərb sahib çıxarmı?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm