3 aviaşirkət şərqi Ukraynadan uçmayacaq
Bizi izləyin

Dünya

3 aviaşirkət şərqi Ukraynadan uçmayacaq

Ukraynanın şərqində "Boing"in qəzaya düşməsinə görə Air France, Turkish Airlines və Aeroflot aviaşirkətləri Ukrayna səması üzərindən uçuşları dayandırır.

ANS PRESS-in məlumatına görə, beynəlxalq aviaşirkətlər Malaziya avialaynerinin Donetsk ərazisində qəzaya düşməsindən sonra Ukraynanın Donetsk vilayətinin səması üzərindən hava uçuşlarının dayandırılmasını elan ediblər.

Bundan sonra Air France, Turkish Airlines və Aeroflot marşrutlarını dəyişərək o zonada uçmayacaq.

"Air France hal-hazırda vəziyyəti müşahidə edir və hadisə haqqında xəbər veriləndən dərhal sonra bundan sonra şərqi Ukraynanın üstündən uçmamağa qərara alıb", - şirkətin nümayəndəsi xəbər verib.

Şərqi Ukraynanın ərazisinin üzərindən uçuşların dayandırılmasını, həmçinin türk aviaşirkəti Turkish Airlines də bildirib.

Rusiyanın Aeroflot aviaşirkəti də Twitter səhifəsində yazır ki, Ukrayna ərazisindən uçuşları dayandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm