Putin: "Təyyarə qəzasında Ukrayna günahkardır"
Bizi izləyin

Dünya

Putin: "Təyyarə qəzasında Ukrayna günahkardır"

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Malayziyaya məxsus təyyarənin qəzaya uğramasında Ukrayna məsuliyyət daşıyır. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

“Sözsüz ki, hansı ölkənin ərazisində baş veribsə, dəhşətli faciəyə görə məsuliyyəti o daşıyır”, - Putin iqtisadi məsələlərə həsr olunan müşavirədə deyib. O, müşavirəyə təyyarə qəzasının qurbanıarının xatirəsinin sükurla yad edilmısi ilə başlayıb.

Rusiya prezidentinin fikrincə, həmin yerdə sülh olsa, Ukraynanın cənub-şərqində hərbi əməliyyatla bərpa edilməsə, belə faciə baş verməzdi.

Vladimir Putin Rusiya hökumətinə qəzanın obyektiv mənzərəsini müəyyənləşdirmək üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm