Vurulan təyyarənin radiusunda daha iki qırıcı olub
Bizi izləyin

Dünya

Vurulan təyyarənin radiusunda daha iki qırıcı olub

Malayziyanın Donetsk bölgəsində vurulan təyyarəsini izləyən ispaniyalı dispetçerin dediyinə görə, “Boinq”in düşməsindən az öncə yanında daha 2 qırıcı uçub.

ANS PRESS-in məlumatına görə, o bu barədə öz tvitter səhifəsində qeyd edib (https://twitter.com/spainbuca). “777 radarlardan itməsindən 3 dəqiqə əvvəl 2 hərbi təyyarə onun yanından uçdu“ deyə o öz tvitində bildirib.

Bu arada ABŞ kəşfiyyatı isə “yer-hava” tipli raketi radarlarında sezib və iddia olunur ki, təyyarə məhz bu raketlə vurulub.

Hadisə ilə əlaqədar Malayziya tədqiqata başladığı bir vaxtda Rusiya və Ukrayna tərəfləri bir-birlərini ittiham edir. Rusiya prezidenti Vladimir Putin öz çıxışında təyyarənin vurulmasında yeganə günahkarın Ukrayna tərəfinin olduğunu bildirir.

Faciədən faktiki şübhəli tərəf olan Donetskin rusyönümlü yaraqlıları isə hadisənin araşdırılması üçün Ukrayna tərəfinə 3 günlük atəşkəs təklif ediblər.

Qeyd edək ki, cümə axşamı Kiyev vaxtı ilə saat 17 radələrində “Malayziya hava yolları”na aid “Boinq 777”nin vurulması xəbəri yayılıb. İlkin məlumatlara görə o zenit-raket kompleksi ilə vurulub. Təyyarədə 280 sərnişin 15 ekipaj üzvü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm