Dünya
Malayziya təyyarəsinin qurbanları artıb (FOTO)
Donetsk üzərində aviaqəzanın qurbanları 283 sərnişin, 15 ekipaj üzvü olmaqla 298 nəfərdir. ANS PRESS-in məlumatına görə, bu barədə “Malayziya Hava Yolları” xəbər verib. Daha əvvəl 295 ölü barədə məlumat verilirdi. Aviaşirkət ölənlərin qohum və yaxınları üçün qaynar xətt açıb və onlara hər bir köməklik göstəriləcəyini bildirib.
Xatırladaq ki, “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində,
Rusiya sərhədinin 60 kilometrliyində vurulub. Qəza təyyarənin
Rusiya sərhədlərinə girməyə bir neçə dəqiqə qalmış baş verib.
Təyyarə Amsterdamdan Kuala-Lumpura hərəkət edirdi. Ukrayna üzərində
təyyarə 10 min metr yüksəklikdə uçurdu.
Ukrayna kəşfiyyatı bildirir ki, təyyarə silahlı separatçılar
tərəfindən vurulub. “The Wall Street Journal” nəşri qeyd edir ki,
amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb.
Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda
mövcuddur.
Separatçıların isə məsələyə öz baxışları var. Onlar iddia edirlər
ki, təyyarəni Ukrayna qırıcıları vurub. Bu məlumatı Boinqin uçuşunu
izləyən ispaniyalı dispetçer də öz tvitter səhifəsində 2 qırıcıını
radarda gördüyünü deyərək təsdiq edib.
Rusiya və Ukrayna Müdafiə Nazirlikləri, eləcə də silahlı
separatçılar qəzanın baş verməsində iştrak etmələrini istisna
edirlər. Ukrayna prezidenti Pyotr Poroşenko isə baş verən hadisəni
terror aktı adlandırıb. Məsələ ilə bağlı cinayət işi
qaldırılıb.
Bu arada Ukrayna üzərində bütün uçuşların istiqaməti
dəyişdirilib.
Qondarma Donetsk Xalq Respublikasının separatçıları təyyarənin
partlama nöqtəsində “qara qutu”ların tapdıqlarını və Moskvaya
təhvil vermək istədiklərini bildiriblər. Poroşenko isə onları
hərtərəfli istintaqa maneçilik göstərməkdə günahlandırıb.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!