Malayziya təyyarəsini vuranların səs qeydləri yayıldı
Bizi izləyin

Dünya

Malayziya təyyarəsini vuranların səs qeydləri yayıldı

Ukrayna Milli Təhlükəsizlik Xidməti separatçıların ölkənin şərqində Malayziya təyyarəsinin vurulmasından sonrakı telefon danışıqlarını yayımlayıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumatlara görə, qurumun rəsmi saytında verilən səs qeydlərində Rusiya vətəndaşı Bezlərin liderlik etdiyi qrupun təyyarəni vurduğuna dair hesabat verdiyi eşidilir.

Səs qeydlərinə görə, yerli vaxtla saat 16:40-da separatçıların lideri Bezlər Rusiya hərbi kəşfiyyatında çalışan polkovnik Vasiliy Gareninə vəziyyət barədə xəbər verir. Malayziya təyyarəsini Ukrayna ordusuna məxsus “An-26” təyyarəsi hesab etdiyi üçün vurduğunu ifadə edən Bezlər hadisə yerinə getmədiyi üçün əlavə məlumatın olmadığını söyləyib. Qarşı tərəf isə yalnız pilotların vəziyyəti ilə maraqlanıb.

Bir başqa qeyddə isə “Mayor” kod adlı separatçı “Grek” kod adlı şəxslə vurulan təyyarə barədə danışırlar. “Mayor” kod adlı şəxs israrla təyyarədə silah olub-olmadığını soruşur. “Grek” isə həmsöhbətinə vurulan təyyarənin hərbi təyyarə olmadığını bildirir.

Xatırladaq ki, Ukraynada “Buk” zenit-raket kompleksi ilə vurulduğu bildirilən Boing-777” sərnişin təyyarəsi Amsterdam-Kuala-Lumpur reysi ilə uçurdu. Təyyarə Rusiya sərhədinə yaxın ərazidə düşüb.


Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, təyyarədə ekipajla birlikdə olan 295 nəfərdən sağ qalan olmayıb. Təyyarənin 10 min metr yüksəklikdə vurularaq düşürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm