Sərnişin qəzadan öncə yazdı: “Yoxa çıxsa, bilin...”
Bizi izləyin

Dünya

Sərnişin qəzadan öncə yazdı: “Yoxa çıxsa, bilin...”

Malayziya hava şirkətinə məxsus olan MH17 təyyarəsinin son uçuş şəkli sərnişinlərdən biri tərəfindən “Facebook”da yerləşdirilib.

Qeyd edək ki, iyulun 17-də Amsterdamın Sxiphol hava limanından Kuala Lumpur şəhərinə qalxıb. Təyyarə terror nəticəsində Rusiya-Ukrayna sərhədində vurulub, qəzada 295 insan həlak olub.

Kor Pan adlı sərnişin isə Facebook səhifəsində vurulmuş təyyarənin son fotosunu yerləşdirərək yazıb: “Yoxa çıxsa, bilin ki, təyyarə bax belə olub”.

O yazdığı ismarıcda martın 8-də Malayziyadan Çinə uçan, naməlum şəraitdə yoxa çıxmış təyyarəyə işarə edib.

Dostları isə Kor Panın ismarıcına zarafatla yanaşaraq ona uğurlar diləyiblər. Hollandiya əsilli sərnişinin ölümü ailəsi və dostları arasında matəmə səbəb olub. Qeyd edək ki, Kor Pan təyyarədə sevgilisi ilə olub.

Xatırladaq ki, vurulmuş təyyarədə sərnişinlərdən 151 nəfəri holland olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm