Kliçko: Müxalifət Ukrayna rəhbərliyindən daha çox şey gözləyir
Bizi izləyin

Dünya

Kliçko: Müxalifət Ukrayna rəhbərliyindən daha çox şey gözləyir

Müxalifət Ukrayna rəhbərliyindən hökumətin istefasından daha çox şey gözləyir. Buna görə də Ali Radanın növbədənkənar sessiyasının iclasında hakimiyyət tamamilə dəyişdiriləcək və vaxtından əvvəl prezident seçkiləri keçiriləcək. Bunu Ukraynanın müxalif "Ud

Müxalifət Ukrayna rəhbərliyindən hökumətin istefasından daha çox şey gözləyir. Buna görə də Ali Radanın növbədənkənar sessiyasının iclasında hakimiyyət tamamilə dəyişdiriləcək və vaxtından əvvəl prezident seçkiləri keçiriləcək. Bunu Ukraynanın müxalif "Udar" partiyasının lideri Vitali Kliçko deyib.

Kiyevin mərkəzində Müstəqillik meydanında aksiya iştirakçıları qarşısında çıxış edən V.Kliçko bildirib ki, hakimiyyət nümayəndələri ilə ölkədə həbs edilmiş bütün etirazçıların azadlığa buraxılması üzrə danışıqlar çox ağır gedir:

"Hakimiyyət etirazçılar tərəfindən bütün inzibati binaların azad edilməsindən sonra amnistiya təklif edir. Biz bununla razı deyilik. Buna görə də yanvarın 29-da Ali Radanın yenidən növbədənkənar sessiyası keçiriləcək. Lakin biz anlayırıq ki, insanlar Ukrayna rəhbərliyindən hökumətin istefasından daha çox şey gözləyir. Buna görə də hakimiyyətin dəyişdirilməsi və prezident seçkiləri əsas addım olacaq".

V.Kliçko bir daha təkrarlayıb ki, Ukrayna Prezidenti Viktor Yanukoviçin dövründə hökumətin tərkibinə qatılmaq fikri yoxdur.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm