İŞİD Suriyanın qaz sahəsini ələ keçirdi - Şok
Bizi izləyin

Dünya

İŞİD Suriyanın qaz sahəsini ələ keçirdi - Şok

Suriya İnsan Haqları Təşkilatı İŞİD-in Xüms bölgəsindəki Palmira çölündə yerləşən qaz sahəsini ələ keçirdiyini bildirib.

Axar.az xəbər verir ki, “İraq Şam İslam Dövləti” döyüşçülərinin qaz sahəsinə təşkil etdiyi hücum nəticəsində 23 gözətçi öldürülüb. Daha sonra təşkilat həmin sahədə çalışan və aralarında əsgərlərin, mühəndislərin olduğu 340 şəxsin aqibətinin məlum olmadığını bildirib.

Təşkilat rəhbəri Rami Əbdürrəhman bu əməliyyatın Bəşər Əsəd rejiminə qarşı ən ciddi zərbə olduğunu vurğulayıb.

Qeyd edək ki, hücum barədə olan fikirləri Xüms qubernatoru Talal Barazi də təsdiqləyib:


"Silahlı insanlar gecə saatlarında qaz sahəsini ələ keçirdi və biz sahədə çalışan 3 texniki işçi ilə təmasımızı tamamilə itirdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm