Vurulmuş təyyarə ekipajının fotoları
Bizi izləyin

Dünya

Vurulmuş təyyarə ekipajının fotoları

Terrora məruz qalmış Malayziya təyyarəsində stüard işləyən Sancid Sinqx taleyin ironiyası ilə qarşılaşıb.


Sancid martın 8-də Kuala Lumpurdan Pekinə uçan itkin düşmüş MH370 təyyarəsinə son anda minməyərək sağ qalıb. Lakin onun həyatı bir neçə aydan sonra elə səmadaca bitib. Ölümdən qaça bilməyən stüard dünən axşam saatlarında Ukrayna-Rusiya sərhədində vurulmuş təyyarədə həlak olub.

MH370 təyyarəsindən sağ çıxan 41 yaşlı Sancidin MH17 təyyarəsində həlak olması onun ailəsini sarsıdıb. Qeyd edək ki, Sancidin arvadı da özü kimi təyyarədə işləyir.

Sancidin 71 yaşlı atası bildirib ki, o, yeganə oğlunu görməyə tələsirdi.

Qeyd edək ki, MH17 təyyarəsində 15 nəfər malayziyalı göyərtə işçisi olub. Artıq onların fotoları paylaşılıb və qeyd olunur ki, işçilər 27-54 yaş arasında olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm