Doku Umarov Ermənistanı hədələdi: "Partlayışlar törədəcəyik"
Bizi izləyin

Dünya

Doku Umarov Ermənistanı hədələdi: "Partlayışlar törədəcəyik"

“Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarov Ermənistan ərazisindəki Rusiya obyektlərinin birində partlayış törətməyə hazırlaşır.

“Qafqaz əmirliyi” qruplaşmasının lideri Doku Umarov Ermənistan ərazisindəki Rusiya obyektlərinin birində partlayış törətməyə hazırlaşır.

Erməni nəşrləri bu barədə hökumətdəki mənbələrə istinadən xəbər yayıb. Lakin bildirilir ki, məlumatın nə dərəcədə mötəbər olduğu hələ müəyyən deyil.

Doku Umarov Soçi olimpiadasını pozmaq üçün bütün mümkün yollardan istifadə edəcək və partlayışlar törətməyə çalışacaq. Bununla belə Rusiyanın gördüyü güclü təhlükəsizlik tədbirləri onun planlarını poza bilər.

Belə vəziyyətdə Umarovun adamları Ermənistan ərazisindəki onlarla Rusiya obyektlərindən birində olimpiada ərəfəsində partlayış törətmək üçün hazırlıqlar aparır. Ermənistan ərazisindəki Rusiya obyektlərinin qorunması aşağı səviyyədədir, bir çoxları ümumiyyətlə qorunmur. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm