İsrail quru əməliyyatına belə hazırlaşdı – Video
Bizi izləyin

Dünya

İsrail quru əməliyyatına belə hazırlaşdı – Video

İsrail əsgərlərinin Qəzzaya qarşı quru əməliyyatına hazırlaşdığını əks etdirən videonu ordunun rəsmi “YouTube” səhifəsində yayımlayıb.

Publika.az xəbər verir ki, gecəgörmə kamerası ilə çəkilən videoda İsrail əsgərlərinin toplaşdığı, tankların əməliyyata hazırlaşdığı, tanklardakı əsgərlərin son yoxlamaları edildiyi görünür. Digər görüntülərdə isə əsgərlərin üzlərini rəngləmələri, silahlarını və çantalarını hazırlamaları əksini tapıb.

Videoda ən maraqlı məqam bir komandirin əsgərlərə xitabıdır: “Niyə burada olmağımız və neylədiyimiz barədə, zənnimcə, açıqlama verməyə ehtiyac yoxdur. Təhsil və ordu üçün seçilməyimizin əvəzini ödəmək üçün buradayıq. İsrail dövlətini müdafiə etmək və onun müstəqilliyini möhkəmləndirmək üçün buradayıq. Həmas raketlərini bizə və ailələrimizə atmaması üçün buradayıq. Etdiyimiz hərəkətlərin doğru olduğuna inanıram və bunun ölkəmizin azadlığı üçün edildiyinə əminəm. Bu bir şüar deyil. Həqiqətdir”.

Vüsal Tağı

i

Oxumağa davam et
Reklam
Reklam

Gündəm