Separatçılar “dəhliz” verməyəcəyini bəyan etdi
Bizi izləyin

Dünya

Separatçılar “dəhliz” verməyəcəyini bəyan etdi

“Faciənin səbəblərinin obyektiv araşdırılması üçün heç bir “humanitar barışıq” və ya “dəhliz” tələb olunmur”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya kəşfiyyatının zabiti, “Donetsk Xalq Respublikası” silahlı qüvvələrinin komandanı İqor Strelkov deyib.

“Komissiya azad şəkildə hadisə baş verən əraziyə gələ və araşdırma apara bilər. Onlara heç kim mane olmayacaq. Eyni zamanda, rəqibin mühasirəyə alınan qruplaşmasına qarşı döyüş əməliyyatlarını dayandırmaq məqsədəuyğun deyil”, - deyə İ.Strelkov atəşkəs müraciətlərini qəbul etməyəcəyini bildirib.

Separatçıların komandanı döyüş əməliyyatlarının bütün cəbhə boyu davam etdiyini qeyd edib. O, təyyarə qəzasının baş verdiyi ərazinin “Donetsk Xalq Respublikası” qoşununun xeyli arxasında olduğunu əlavə edib.

Xatırladaq ki, dünən Ukraynanın şərqində Malayziyanın Boeing-777” sərnişin təyyarəsi separatçılar tərəfindən vurulub. Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, təyyarədə ekipajla birlikdə olan 298 nəfərdən sağ qalan olmayıb. Təyyarənin 10 min metr yüksəklikdə vurularaq düşürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm