Malayziya təyyarəsini Rusiya vurub? – Şok iddia
Bizi izləyin

Dünya

Malayziya təyyarəsini Rusiya vurub? – Şok iddia

“Donetsk və Luqansk vilayətindəki separatçılarda “Buk” və “S-300” zenit-raket kompleksləri yoxdur”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna baş prokuroru Vitali Yarema deyib.

Xatırladaq ki, Ukrayna daxili işlər naziri Anton Qeraşenko Malayziyanın “Boinq-777” sərnişin təyyarəsinin “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib. Bundan əvvəl isə separatçılar bəyan etmişdi ki, böyük hündürlükdən uçan təyyarələrin vurulması üçün onlarda silah yoxdur.

“Biz hadisənin bütün tərəflərini qiymətləndiririk. Ancaq bildirmək istəyirəm ki, bizdə on kilomert hündürlükdən uçan təyyarəni vurmaq üçün silah yoxdur. Bizdə həqiqətən də PZRK zenit-raket kompleksi var, ancaq onun hərəkət radiusu 5 kilometr təşkil edir”, - “Donetsk Xalq Respublikası”nın “baş nazirinin müavini” Andrey Purqin “İnterfaks” xəbər agentliyinə bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm