QİÇS konfransına gedirdilər, qəzaya düşdülər
Bizi izləyin

Dünya

QİÇS konfransına gedirdilər, qəzaya düşdülər

Malayziya təyyarəsindəki 100 sərnişin QİSÇ-ə həsr olunmuş beynəlxalq konfransa gedirmiş

Qəzaya uğrayan Malayziya təyyarəsində həlak olan 283 sərnişindən təxminən 100 nəfəri Avstraliyanın Melburn şəhərində QİSÇ-ə həsr olunmuş beynəlxalq konfransa uçurmuş.

Bu haqda “Sydney Morning Herald” agentliyi konfrans iştirakçılarının məlumatına əsasən xəbər verib.

Tədbir iştirakçılarından Klayv Aspin bildirib ki, konfrans işinə bazar günü başlamalıymış: ”Hamımızın, xüsusən də bu tədbirlərə uzun illərdi gəlib-gedənlərin əhvalı pisdir”.

O da bildirilir ki, həlak olanlar arasında QİÇŞ-lə Beynəlxalq Mübarizə Cəmiyyətinin sabiq sədri Cop Lanqe və Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi, britaniyalı Qlen Tomas da var.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm