İsrail ordusu ilk itkisini verdi
Bizi izləyin

Dünya

İsrail ordusu ilk itkisini verdi

İsrail ordusu Qəzzada başladığı quru əməliyyatında ilk itkisini verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi bildirib.

Məlumata görə, HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Kassam briqadası"nın üzvü Qəzzanın cənubundakı Xan Yunus şəhərində İsrail hərbi qulluqçusunu snayperlə vurub. Bundan başqa, "İzzəddin əl-Kassam briqadası"nın bəyanatında İsrail ordusunun hərbi texnikasına 10 raket ilə atəş açıldığı deyilir.

İsrail ordusundan verilən açıqlamada da bir hərbçinin öldüyü təsdiqlənib.

Qeyd edək ki, İsrail ordusunun Qəzzadakı quru əməliyyatı dünən başlayıb. Əsas məqsədin Fələstindən İsrailə uzanan tunellərin məhv edilməsinin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm