• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sosial şəbəkələrdə informasiya müharibəsi başlayıb

  • Dünya
  • 18 İyul 2014 14:19
  • 570 Baxış
Sosial şəbəkələrdə informasiya müharibəsi başlayıb

Malayziya təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması sosial şəbəkələrdə də qızğın müzakirələrə səbəb olub. Xəbər, az qala, əsl informasiya müharibəsinə səbəb olub.

İlk olaraq dünən Ukrayna vaxtı ilə saat 16:20-də “Вконтакте” sosial şəbəkəsində Donbas separatçılarının lideri İqor Strelkov öz səhifəsində özünümüdafiə dəstələrinin Ukraynaya məxsus “An-16” təyyarəsini vurduqlarını yazıb. Daha sonra əlavə edib:“Hamıya xəbərdarlıq etmişdik, bizim səmada uçmayın”.

Sonradan qəzaya uğramış təyyarənin Amsterdam-Kuala Lumpur reysi ilə uçduğu məlum olanda Strelkovun statusu və bu ətrafda diskussiyalar internetdən silinib.

Əvəzində sosial şəbəkələrdə Ukraynadakı separatçıların əlində “Buk” adlanan zenit-raket sistemlərinin olması barədə informasiyalar yayılıb. Qeyd olunub ki, bu raketlə 10 min metr hündürlükdəki təyyarəni vurmaq mümkündür.

İyunun 29-da Qondarma Donetsk Xalq respublikasının “Tvitter”dəki rəsmi səhifəsində separatçıların məhz “Buk” zenit sistemləri əldə etməsi barədə məlumat verilmişdi. Amma dünən axşam saatlarında bu məlumat da separatçıların səhifəsindən silinib.

Rusiya tərəfdarları isə sosial şəbəkələrdə 2001-ci ildə baş verən insidenti yada salıblar. O zaman Ukrayna hərbi Hava Qüvvələrinə aid olan qırıcılar Təl-Əviv – Novosibirsk reysi ilə uçan Tu-154 təyyarəsini səhvən vurub salmışdılar.

Separatçıların digər versiyasına görə, Ukrayna qırıcıları Malayziya təyyarəsini Vladimir Putinin təyyarəsi ilə səhv salıblar. Guya, əslində, Rusiya prezidentinin təyyarəsi vurulmalıymış.

“Tvitter”də müzakirəyə qoşulanlar Putini hətta Müəmmar Kəddafi ilə müqayisə etməyə başlayıblar.

Gecə saatlarında isə ispan dispetçerinin tviti müzakirələri daha da qızışdırıb. O iddia edib ki, Borispol aeroportunda işləyir və radarda qəzaya uğrayan təyyarənin arxasınca iki qırıcının uçduğunu görüb.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR