İsrail Qüdsü fələstinlilərin üzünə bağladı
Bizi izləyin

Dünya

İsrail Qüdsü fələstinlilərin üzünə bağladı

İsrail Qüdsə girmək istəyən Qərbi Şəriadəki fələstinlilərdən 50 yaşdan az olan kişilərin və 40 yaşından az olan qadınların girişinə icazə verməyib.

Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, İsrail hüquq-mühafizə orqanları Qüdsə daxil olmaq istəyən fələstinlilərə problem yaradıb. İsrail 50 yaşdan az olan kişilərin və 40 yaşından az olan qadınların girişinə icazə vermədiyini açıqlayıb.

Şahidlərin dediyinə görə, Qərbi Şərianin cürbəcür şəhərlərindən fələstinlilər Qüdsə getmək üçün səhər tezdən İsrailin hərbi nəzarət məntəqələrinə axın edib. İsrail əsgərləri onlara problem yaradıb.

Nəticədə 50 yaşdan az olan kişilərin və 40 yaşından az olan qadınların girişinə qadağa qoyub.

Yalnız Kandeliya hərbi nəzarət məntəqəsindən bir qrup yaşlı qadın və kişinin girişinə icazə verib. İsrail məsələ ilə əlaqədar heç bir açıqlama verməyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm