
Ukrayna antiterror əməliyyatlarının davam etdiyi Luqansk və Donetsk vilayətlərinin hava məkanını bağlayıb.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “RBK-Ukrayna” xəbər agentliyi bildirib.
Xatırladaq ki, dünən Malayziyanın “Boeing-777” sərnişin təyyarəsi Donetsk vilayətində vurulub. Rəsmi Kiyev təyyarənin “Buk” zenit-raket kompleksi ilə vurulduğunu iddia edir.
Hadisə nəticəsində 15 ekipaj üzvü olmaqla 298 nəfər ölüb.
Ömər Dağlı