Makkeyn: ”Boing”i Rusiya vurubsa, bu, ona baha başa gələcək”
Bizi izləyin

Dünya

Makkeyn: ”Boing”i Rusiya vurubsa, bu, ona baha başa gələcək”

Amerikalı senator Con Makkeyn Malayziyaya məxsus hava təyyarəsinin Rusiyayönümlü fəallar və ya elə Rusiya tərəfindən vurulduğunu hesab edir.

O, faktların aparılmış tədqiqat zamanı məlum olacağını deyib. Makkeyn MSNBC Amerika telekanalının canlı efirində çıxış edərək deyib: “Ukrayna hərbi təyyarəsi ilə səhv salınan mülki təyyarənin vurulmasında separatçıların və ya elə Rusiyanın özünün günahı aşkar edilərsə, o zaman bu, Moskvaya baha başa gələcək”.

O qeyd edib ki, son həftə ərzində dünya “rusların və ya Rusiya yönümlü separatçı"ların nəyə qadir olduğunu öyrəndi.

Şəxsi səhifəsində isə Makkeyn Ukraynaya təcili hərbi dəstək göstərilməsinə çağırış haqda bəyannamə yerləşdirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm